Yoluxucu xəstəliyi olan şagirdlər imtaha buraxılmayacaq

Yoluxucu xəstəliyi olan şagirdlər imtaha buraxılmayacaq
\"Suçiçəyi\" və digər yoluxucu xəstəliyi olan şagirdlər imtaha buraxılmayacaq. SİA-nın xəbərinə görə, bunu TQDK sədri Məleykə Abbaszadə keçidiyi mətbuat konfransında söyləyib. Onun sözlərinə görə, artıq bununla bağlı xüsusi komissiya yaradılıb və belə xəstələrin müəyyənləşdirilməsi üzrə işlər aparılır: "Hər imtahanada həkimlər qrupu daim olaraq fəaliyyət göstərəcək ki, belə xəstələrin imtahana daxil olmasına yol verilməsin. Çünki biz digər şagirdlərin hüquqlarını poza bilmərik. Yaxşı olardı ki, valideyin özü bu barədə düşünsün. Belə ki, imtahandan onun övladının sağlamlığı əsas rol oynayır".


TQDK sədri deyib ki, buraxılış imtahanlarında hər hansı səbəblə əlaqədar iştirak edə bilməyən məzunların siyahısı hazırlanacaq: "Məzun əməliyyat olunubsa və hansısa xəstəliyə görə imtahana gələ bilmədisə, onların siyahısı bütün imtahanlar bitdikdən sonra formalaşacaq\".

Bütün xəbərlər Facebook səhifəmizdə