Səməd Seyidov ABŞ-ın Azərbaycandakı müvəqqəti işlər vəkili Adam Sterlinqlə görüşüb

Səməd Seyidov ABŞ-ın Azərbaycandakı müvəqqəti işlər vəkili Adam Sterlinqlə görüşüb

Azərbaycan Dillər Universitetinin (ADU) rektoru, millət vəkili, professor Səməd Seyidov ABŞ-ın Azərbaycandakı müvəqqəti işlər vəkili Adam Sterlinqlə görüşüb. ADU-nun mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, görüşdə ABŞ-la Azərbaycan əlaqələrinin hazırkı inkişafı, ADU ilə Amerika universitetləri arasında mövcud əməkdaşlıq, ADU-dakı Amerika mərkəzinin fəaliyyəti haqda fikir mübadiləsi aparılıb.


Səməd Seyidov Azərbaycan- ABŞ münasibətlərinin yüksək səviyyədə olduğunu bildirib. ADU-nun ABŞ universitetləri ilə əlaqələrinin bu istiqamətdə inkişaf etdirdiyini deyib. ADU-

dakı İnformasiya Resurs Kompleksinin, o cümlədən Amerika mərkəzinin fəaliyyətindən danışıb. O bildirib ki, Amerika mərkəzinin ADU-da yerləşməsi universitetin imicini gücləndirir və ABŞ-la münasibətlər çox vacib və əhəmiyyətlidir. S.Seyidov bu sahədə ABŞ-

Azərbaycan parlamentlərarası dostluq qrupunun fəaliyyətindən də bəhs edib. Qarşılıqlı səfərlərin genişləndiyini diqqətə çatdıran rektor bu yaxınlarda Vaşinqtonda keçirilən tədbirə toxunub. Universitet olaraq ABŞ səfirliyi ilə ADU arasında olan əməkdaşlıqdan və ikitərəfli əlaqələrdən məmnun olduğunu dilə gətirib və bu əlaqələrin inkişaf etdirilməsini vacib sayıb.


Adam Sterlinq ABŞ- Azərbaycan münasibətlərinin inkişafını yüksək qiymətləndirdiyini deyib. O, bu yaxınlarda baş tutan Vaşinqtondakı tədbirin şox əlamətdar bir hadisə olduğunu vurğulayıb. Azərbaycanın ABŞ-da təbliği üçün bir sıra layihələrin reallaşdırılmasından əminliyini ifadə edib. Amerika səfirliyi ilə əməkdaşlıqda ADU-da bir sıra birgə tədbirlərin keçirilməsindən və tələbələrlə ünsiyyətdən razı qaldığını deyib.

Bütün xəbərlər Facebook səhifəmizdə