Qafqaz Universiteti qızıl mükafata layiq görülüb

Qafqaz Universiteti 38-ci B.I.D. Beynəlxalq Konvensiyasında "International Arch of Europe" nominasiyası üzrə qızıl mükafata layiq görülüb. Qafqaz Universitetindən SİA-ya verilən xəbərə görə, konvensiyada universitetin biznes dünyası ilə qurduğu işgüzar münasibət və təhsil sektorunda İdarəedilməsi Modelinin meyarları əsasında yüksək qiymətləndirilib. Mükafatlandırma mərasimində 70-dən artıq şirkətin nümayəndəsi, o cümlədən Qafqaz Universitetinin rektoru Ahmet Saniç iştirak edib. Tədbir 26 media şirkəti tərəfindən işıqlandırılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə