Müəllimlərin işə qəbulu müsabiqəsi bölgələrdə də keçirilə bilər

Müəllimlərin işə qəbulu müsabiqəsi bölgələrdə də keçirilə bilər

"Bu il müəllimlərin işə qəbulu ilə bağlı bəzi yeniliklər tətbiq oluna bilər". SİA-nın xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında təhsil naziri Misir Mərdanov deyib.

O, bildirib ki, ilk yeniliklərdən biri ondan ibarət ola bilər ki, imkanlar daxilində müəllimlərin işə qəbulu prosesi bölgələrdə keçirilsin. Onun sözlərin görə, ilkin olaraq bu müsabiqəni Gəncədə, Şəkidə, Qubada, Lənkəranda, Şirvanda təşkil etmək olar: "Düşünürəm ki, ümumi qaydalarda elə bir ciddi dəyişiklik olmayacaq".

Məktəblərdə son zəng tədbirlərinin keçirilməsinə münasibət bildirən nazir qeyd edib ki, o vaxta hələ bir var: \"Son illərdə bununla bağlı hər hansı bir ciddi hallarla rastlaşmamışıq. Bu haqda müvafiq əmr var və bu il də həmin əmrə riayət olunacaq. Yəni son zəng tədbirləri ancaq məktəb daxilində qeyd olunacaq\", -deyə nazir sözlərinə əlavə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə