XVII Respublika fənn olimpiadasının açılış mərasimi keçirilib

Bu gün Azərbaycan Dövlət Pedaqoji Universitetində Təhsil Nazirliyi və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin birgə təşkilatçılığı ilə tələbələrin XVII Respublika fənn olimpiadasının açılış mərasimi keçirilib.


SİA-nın xəbərinə görə, açılış mərasimində iştirak edən təhsil naziri Misir Mərdanov bildirib ki, olimpiada iştirakçıları 12 fənn üzrə riyaziyyat, fizika, kimya, biologiya, informatika, Azərbaycan dili, Azərbaycan tarixi, ingilis dili, fransız dili, alman dili və rus dilləri üzrə yarışacaqlar.

Nazirin sözlərinə görə, olimpiada ənənəvi olaraq iki turda təşkil olunub. I tur artıq cari ilin mart ayında ali təhsil müəssisələrində keçirilib. 2000-ə yaxın tələbənin iştirak etdiyi turda 750 tələbə II Respublika turuna vəsiqə qazanıb: "Respulika turunda yarışmaq hüququnu isə Bakı ilə yanşı, Naxçıvan, Gəncə, Lənkəran, Sumqayıt, Mingəçevir və digər şəhərlərdə yerləşən 31 dövlət və 8 qeydri-dövlət ali təhsil müəssisələrinin tələbələri qazanıb".


Qeyd edək ki, olimpiadanın qaliblərinə Təhsil Nazirliyinin hədiyyələri, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin pul mükafatları və diplomları təqdim olunub.


Bütün xəbərlər Facebook səhifəmizdə

loading...