Zəlzələ baş verən Zaqatala rayonunda gərginliyin aradan qaldırılması, eləcə zəlzələdən zərər çəkmiş əhaliyə tibbi xidməti təmin etmək məqsədi ilə Səhiyyə Nazirliyinin mütəxəssislərdən ibarət briqadalar hadisə yerlərinə ezam olunublar. Nazirliyin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, təbii fəlakət baş verdiyi andan etibarən Səhiyyə Nazirliyinin Zaqatala rayon Mərkəzi Xəstəxanasının mütəxəssisləri zərərçəkmişlərə vaxtında lazımi tibbi yardım göstərib, müxtəlif xəsarətlərlə müraciət etmiş 50 -ə yaxın yerli sakinə ambulator tibbi yardım göstərmiş 1 nəfəri isə üz-cənə sınığı diaqnozu ilə dərhal hospitalizə edib. Səhiyyə naziri Oqtay Şirəliyevin xüsusi tapşırığı əsasında hadisə yerinə mütəxəssislərlə yanaşı içində bütün tibbi ləvazimatlar, qida və dərman preparatları ilə tam təmin olunmuş 6 reanimobil maşınlar göndərilib. Zəlzələdən xüsusilə zərərçəkmiş Mamrux, Közbarax, Çobangöl və Qımır kəndlərində çadırlar qurulmuş və orada da müvəqqəti məskunlaşmış yerli əhaliyə tibbi yardım məqsədi ilə fasiləsiz təcili yardım maşınları fəaliyyət göstərir.
Zəlzələ zamanı binasına xüsusi zərər dəymiş Zaqatala Rayon Mərkəzi Xəstəxanasının binasında yardım göstərmək təhlükəli olduğundan dərhal xəstəxananın həyətində 2 çadır qurulmuş və yaralılara həmin çadırlarda ilkin tibbi yardım göstərilib. Həkimlərimizin səyi və zəhməti nəticəsində yaralıların vəziyyəti qənaətbəxşdir, ölüm halları qeydə alınmayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB