ATİ-də “Bahar kuboku” intellektual oyunu keçirilib

Azərbaycan Turizm İnstitutunda ulu öndər Heydər Əliyevin anadan olmasının 89-cu ildönümü münasibətilə "Bahar kuboku" intellektual oyunu keçirilib. ATİ-nin mətbut xidmətindən SİA-ya verilən xəbərdə bildirilir ki, yarışa 8 qrupun təmsilçilərindən ibarət komandalar və 2 yığma komanda qatılıb. İnstitutun TGT-sədri Turan Süleymanov yarışa start verildiyini bildirdikdən sonra "İqtisadçı" intellektual klubun üzvləri Aysel Hüseynzadə, Aynur Qafarova və ATİ TGT idarə heyətinin üzvü Ramin Zeynallı oyunun qaydalarını və cavablandırılacaq 36 sualı iştirakçıların diqqətinə çatdırıblar. "Bahar kuboku" intellektual oyununun maraqlı və düşündürücü keçməsi məqsədilə rekvizit və şəkillərdən istifadə olunub. 3 mərhələli yarışın sonunda Turizm və otelçilik komandası 1-ci, Muzeyşünaslıq, arxiv işi və abidələrin qorunması komandası 2-ci, Sanatoriya kurort müəssisələrində soail bərpa işi komandası 3-cü yerə sahibləniblər.

Ulu öndər Heydər Əliyevin anadan olmasının 89-cu ildönümü münasibətilə keçirilən "Bahar kuboku" intellektual oyununun qaliblərinə kubok və diplomları ATİ-nin dekan müavini Anar Fərmayılov təqdim edib.

Bütün xəbərlər Facebook səhifəmizdə