Azərbaycan Turizm İnstitutunda xüsusi anım dərsləri keçilib

Azərbaycan Turizm İnstitutunda xüsusi anım dərsləri keçilib
Bu gün Azərbaycan Turizm İnstitutunda əzəli Azərbaycan torpağı Şuşanın Ermənistan silahlı qüvvələri və Rusiyanın 366-cı motoatıcı alayı tərəfindən işğal olunması ilə bağlı xüsusi anım dərsləri keçirilib. ATİ-nin mətbuat xidmətindən SİA-ya verilən xəbərdə bildirilir ki, "20 il Şuşasız – Şuşasız 20 il" mövzusunda keçirilən dərslərdə erməni işğalı nəticəsində 248 tarixi abidənin, 8 muzeyin, 1 rəsm qalereyasının, 1 məqbərənin, 8 musiqi məktəbinin, o cümlədən yüzlərlə soydaşımızın məhv edildiyindən danışılıb. 20 il qürbətdə qalan vətən torpağının işğal ömrünə son qoyanlar sırasında bügünkü gəncliyə inam bildirilib. ATİ-də həmçinin Şuşanın dünəni və bugünü ilə bağlı sərgi də təşkil olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə