Zaqatalada bir neçə məktəbdə dərslər dayandırılıb

Zaqatalada bir neçə məktəbdə dərslər dayandırılıb

\"Zaqatalada baş verən zəlzələdən sonra oradakı bir neçə məktəbdə dərslər dayandırılıb\". SİA-nın verdiyi xəbərə görə, bu barədə təhsil nazirinin müavini Qulu Novruzov jurnalistlərə açıqlamasında bildirib.

Q.Novruzovun sözlərinə görə, Fövqəladə Hallar Nazirliyinin (FHN) əmiri ilə dayandırılan məktəblərin sayı elə də çox deyil: "Bu say hələlik məlum deyil, FHN tərəfindən ərazidə müvafiq araşdırma aparılır. Araşdırma nəticəsində nazirliyin verdiyi rəyə əsasən bu məktəblərdə dərslərin davam edib-etməməsi ilə bağlı qərar veriləcək ",- deyə nazir müavini qeyd edib.

Bütün xəbərlər Facebook səhifəmizdə