ADU-da İspan dili mərkəzi açılır

Azərbaycan Dillər Universitetində (ADU) İspaniya Krallığının Türkiyə Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Don Kristobal Qinzales Ayerin iştirakı ilə İspan dili mərkəzinin açılış mərasimi keçiriləcək.

ADU-dan SİA-ya verilən məlumata görə, mərkəzin açılış mərasimində Azərbaycan Dillər Universitetinin rektoru, professor Səməd Seyidovun, İspaniya Krallığının Türkiyə Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Don Kristobal Qinzales Ayer, İspan dili kafedrasının müəllimi, İspaniya vətəndaşı Anxel Konde Munyoz, İspan dili kafedrasının müdiri, dosent Aybənisə Əliyeva, ALAG ictimai birliyinin sədri Mahir Qurbanov, İspan dili kafedrasının müəllimi, DELE imtahanlarının Azərbaycandakı təmsilçisi Elvira İmanovanın çıxışları, İspan dili mərkəzinin təmsilçisi Günel Hacıyevanın "İspan dili günləri" haqqında məruzə edəcəkləri, həmçinin Kuba Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Don Marselo Kabayero Torres, ADA-da layihə koordinatoru Əhməd Hümbətov, İspan dili kafedrasının Hüseynağa Əmirov və digər qonaqların təbrik nitqləri nəzərdə tutulub.




Bütün xəbərlər Facebook səhifəmizdə