Bakı Dövlət Universitetinin (BDU) rektoru Abel Məhərrəmov sabiq dekan müavini, hüquq elmləri doktoru, professor Məhəmməd İmanlının həbsi məsələsinə münasibət bildirib. SİA-nın xəbərinə görə, bu barədə jurnalistlərə açıqlamasında A.Məhərrəmov ezamiyyətdən bu gün səhər gəldiyini və bu barədə səhər mətbuatdan xəbər tutduğunu deyib. BDU-nun rektoru vurğulayıb ki, bu məsələ xoşagələn hal deyil: "Amma hadisədir və olub. Onu araşdırmaq və tədbirlər həyata keçirmək lazımdır. Bu məsələ araşdırılacaq. Əgər cinayət törədilibsə, korrupsiya ilə bağlı faktlar varsa, hüquq-mühafizə orqanları bunu araşdıracaq. Amma məlumatda qeyd olunan beynəlxalq iqtisadi əlaqələr fakültəsi BDU-da yoxdur. Digər tərəfdən, biz ikinci ixtisasa adam qəbul edib-etməyəcəyik, bu hələ məlum deyil. Bu məsələyə iyul ayında BDU-nun Elmi Şurasında baxılacaq. Bu kimi məsələlərlə bağlı dəqiqləşməyə ehtiyac var".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB