“Heydər Əliyev müasir təhsilimizin banisidir” adlı tədbir keçirilib - FOTOSESSİYA

Bu gün "Heydər Əliyev müasir təhsilimizin banisidir" adlı tədbir keçirilib. SİA-nın xəbərinə görə, tədbirdə Türkiyənin Azərbaycandakı səfirliyinin nümayəndəsi İsmayıl Çalışqan, "Çağ öyrətim" təhsil mərkəzinin nümayəndəsi, Türkiyə Universitetləri Məzunları İctimai Birliyinin (TÜMİB) sədri Çingiz Bayramov və başqaları iştirak ediblər.

Tədbiri giriş sözü ilə Türkiyə Universitetləri Məzunları İctimai Birliyinin (TÜMİB) sədri Çingiz Bayramov açaraq Ulu Öndərin Azərbaycan gənclərinə hər zaman dəstək olduğu haqda danışıb: "Ümumilli lider Heydər Əliyev təhsil alan hər bir gəncə kömək edib və onların layiqincə qayğılarına qalıb. Heydər Əliyev təhsilini bitirən bir çox gənci iş və evlə təmin edib. Gənclər Heydər Əliyevin onlara qarşı bəslədiyi müsbət münasibəti unutmur".

Bütün xəbərlər Facebook səhifəmizdə