I-V sinif dərsliklərinin yazılması üzrə tender elan olunub

I-V sinif dərsliklərinin yazılması üzrə tender elan olunub

"Orta məktəb dərslikləri ilə bağlı məsələ hər an gündəmdədir. Təhsil Nazirliyi bu məsələyə ciddi hazırlaşır. Hazırda I-V sinif dərsliklərinin yazılması üzrə tender elan olunub". SİA-nın verdiyi xəbərə görə, bunu təhsil naziri Misir Mərdanov jurnalistlərə açıqlamasında bildirib. O qeyd edib ki, tenderdə iştirak edən nəşriyyatlar öz təkliflərini Təhsil Nazirliyinə təqdim edib. Nazirlikdə həmin müraciətlərə baxılıb və bu günlərdə Qiymətləndirmə Şurası öz işinə başlayacaq.

Nazir dərsliklərdə gedən səhvlərə də münasibət bildirib: "Ümumiyyətlə, dünyanın heç bir ölkəsində səhvi, nöqsanı olmayan dərslik yoxdur. Hər il aldığımız qeydləri yadda saxlayaraq mütəxəssislərin köməyi ilə nöqsanları aradan qaldırmağa çalışırıq. Ona görə də ildən-ilə bizim dərsliklərin həm poliqrafik keyfiyyətində, həm də məzmununda çox ciddi yeniliklər olur. Əminəm ki, gələcəkdə bu səhvlərin sayı daha az olacaq",-deyə M. Mərdanov sözlərinə əlavə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə