Müəllimlərin işə qəbulu avqustda keçiriləcək

"Müəllimlərin işə qəbulu ötən ilki qaydada həyata keçiriləcək. Bu qayda özünü ötən il tamamilə doğruldub. Biz bölgələrdən vakant yerlərin məlumatlarını toplayırıq və yeni dərs ili başlayana qədər elan veriləcək". SİA-nın xəbərinə görə, bu sözləri təhsil naziri Misir Mərdanov jurnalistlərə verdiyi açıqlaması zamanı qeyd edib.

Təhsil nazirinin sözlərinə görə, dərs ili başlayana qədər müsabiqədə iştirak edib qalib gələn müəllimlərin iş yerlərinə göndərilməsi təşkil ediləcək. Hələlik nə qədər vakant yerin olması dəqiq məlum deyil. Nazir bildirib ki, müsabiqənin avqust ayında keçirilməsi nəzərdə tutulur.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...