ADU- da “Azərbaycan Milli rəqslərinin tarixi” adlı tədbir keçirilib - FOTO
Azərbaycan Dillər Universitetinin (ADU) İnformasiya Resurs Kompleksində İRK-nın Türk dünyası folklor mərkəzinin direktoru Rəna Salehovanın təşkilatçılığı ilə "Azərbaycan Milli rəqslərinin tarixi" adlı tədbir keçirilib. ADU-dan SİA-ya verilən məlumata görə, tədbirdə ADU-nun müəllim və tələbələri iştirak edib.
Tədbir Azərbaycan milli rəqslərinin tarixi haqqında təqdimat ilə başlayıb. ADU-nun rəqs ansamblının bədii rəhbəri İzabella Əsədova öz çıxışında Azərbaycan rəqslərinin qədimliyindən, müxtəlifliyindən söz açıb. O, "Biz rəqslərimizin milliliyini qoruyub saxlamalıyıq. Mən istərdim ki, milli rəqslərimiz öz qədimliyi ilə qalsın" deyə bildirib. Sonra ADU-nun Filologiya fakültəsinin IV kurs tələbəsi Ləman Rufullayeva rəqsin faydaları haqqında təqdimatla çıxış edib. Azərbaycanın milli rəqslərindən bəhs edən slayd nümayiş olunub. Daha Sonra Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının F. Əmirov adına Azərbaycan dövlət mahnı və rəqs ansamblının solisti Aydan Kamilova "Qaval rəqsi" və "Sarı gəlin", ADU-nun Regionşünaslıq və Beynəlxalq münasibətlər fakültəsinin II kurs tələbəsi Türkan Bəbirli "Nazlana nazlana", Filologiya fakültəsinin IV kurs tələbəsi Ləman Rufullayeva "Ağ çiçəyim" rəqslərini ifa ediblər.
Qeyd edək ki, tədbirin məqsədi milli mədəni irsimizi tanıtmaq, adət-ənənələrimizi qoruyub saxlamaq, milli rəqslərimizi gənclərə aşılamaqdır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB