Səhiyyə Nazirliyində bir sıra rəhbərlik dəyişikləri edilib. Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Anar Qədirli SİA-ya açıqlamasında bildirib ki, Bakı şəhəri Baş Səhiyyə İdarəsinin rəisi Leyla Seyidbəyova 65 yaşı tamam olduğundan vəzifəsindən azad edilib. Bundan sonra L.Seyidbəyova Mərkəzi Neftçilər Xəstəxanasının direktoru vəzifəsini icra edəcək.
Bakı şəhəri Baş Səhiyyə İdarəsində Leyla Seyidbəyovanın tutduğu rəis vəzifəsinə isə Səhiyyə Nazirliyinin Tibbi yardımın təşkili şöbəsinin müdir müavini Elmira Əliyeva təyin olunub. Nazirlikdə edilən digər dəyişiklilərə əsasən, 65 yaşı tamam olan Səhiyyə Nazirliyinin Tibbi yardımın təşkili şöbəsinin müdiri Sultan Əliyev vəzifəsindən azad edilib. O, Respublika Elmi Tədqiqat Hematologiya və Qanköçürmə İnstitutunun direktoru təyin edilib. Onun vəzifəsini isə bundan sonra 2 saylı Şəhər Klinik Xəstəxanasının baş həkiminin müavini Gülmirzə Poladov icra edəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB