Misir Mərdanov: \"Məzunlara attestatı biz verəcəyik\"

Təhsil naziri Misir Mərdanov hesab edir ki, yeni gündəliklərdə əks olunan reklamlar şagirdlərin fikrinin yayınmasına səbəb olmayacaq. "Mən belə düşünürəm ki, heç bir yayındırma halları ola bilməz. Digər ölkələrin gündəliklərində də həmin reklamların olduğunu görmüşəm". SİA-nın xəbərinə görə, bu sözləri nazir jurnalistlərə verdiyi açıqlaması zamanı qeyd edib.

O, gündəliklərin nazirlik tərəfindən deyil, nəşriyyatlar tərəfindən çap etdirildiyini və bütün sualların onlara ünvanlanmasını lazımlı sayıb.

M.Mərdanov buraxılış imtahanlarından sonra attestatların hansı qurum tərəfindən veriləcəyi məsələsinə gəlincə isə bildirib ki, qanunda attestatların Təhsil Nazirliyi tərəfindən verilməsi nəzərdə tutulur: Yəqin ki, bu il də məzunlara attestatları biz verəcəyik".

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...