ADU-da Heydər Əliyevin anadan olmasının 89-cu ildönümünə həsr olunan inşa müsabiqəsi başa çatdı
Azərbaycan Dillər Universitetinin (ADU) Alman dili fakültəsinin tələbələri arasında keçirilən Ümummilli lider Heydər Əliyevin anadan olmasının 89-cu ildönümünə həsr olunan inşa müsabiqəsi qaliblərinin mükafatlandırma mərasimi keçirilib. ADU-dan SİA-ya verilən xəbərə görə, Müəllim Həmkarlar İttifaqı Komitəsinin təşəbbüsü və Alman dili fakültəsinin təşkilatçılığı ilə keçirilən inşa müsabiqəsi qaliblərinin mükafatlandırma mərasimində Tədris işləri üzrə prorektor, professor Natiq Yusifov, Tərbiyə işləri üzrə prorektor Ələddin Əliyev, İctimaiyyətlə əlaqələr və Mətbuat xidməti şöbəsinin müdiri Zeynab Kazımova, Alman dili fakültəsinin kafedra müdirləri və universitetin professor-müəllim heyəti iştirak edib.
Alman dili fakültəsinin dekanı, dosent Sevinc Rzayeva çıxış edərək bildirib ki, bir ay bundan öncə start verilən alman dilində keçirilən inşa müsabiqəsində 23 tələbə iştirak edib. Müsabiqə ilə əlaqədar 6 nəfərdən ibarət təşkilat komitəsinin yaradıldığını deyən S. Rzayeva inşa yazılarının 3 nəfərdən ibarət yoxlama komissiyası tərəfindən qiymətləndirildiyini tədbir iştirakçılarının diqqətinə çatdırıb. Müsabiqənin 3 mərhələdə keçirildiyinə toxunan fakültə dekanı sonda 4 tələbənin qalib olduğunu qeyd edib.
Tərbiyə işləri üzrə prorektor Ələddin Əliyev isə çıxışında ADU tələbələrinin fəallığından danışıb. Bu tipli müsabiqələrin keçirilməsini yüksək dəyərləndirən prorektor ADU tələbələrinin YAP Nəsimi rayon təşkilatının Ümummilli lider H. Əliyevin anadan olmasının 89-cu ildönümnə həsr olunmuş müsabiqələrdə də fərqləndiyinə diqqət çəkib. Ə.Əliyev universitetin 3 tələbəsinin mükafatalayiq yer tutduğunu söyləyib.Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB