Azərbaycanlı alimin Türkiyədə keçirilən beynəlxalq simpoziumda məruzəsi dinlənilib

Azərbaycanlı alimin Türkiyədə keçirilən beynəlxalq simpoziumda məruzəsi dinlənilib
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunun elmi işlər üzrə direktor müavini, fəlsəfə elmləri namizədi Roida Rzayeva İstanbulda keçirilən Beynəlxalq Sosial Təhsil simpoziumunda iştirak edib. AMEA-dan SİA-ya verilən məlumata görə, R.Rzayeva "Postmodernizmin mədəni çoxluğu aspektində multimədəniyyət" mövzusunda məruzə edib. Azərbaycanlı alimin məruzəsi simpozium iştirakçıları tərəfindən maraqla qarşılanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə