Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) buraxılış və qəbul imtahanlarında iştirak edəcək şagirdlər və abituriyentlərə müraciət edib. TQDK-dan SİA-ya verilən xəbərə görə, 2012/2013-cü tədris ili üçün respublikanın orta ümumtəhsil müəssisələrinin buraxılış siniflərində təhsil alan gənclərin imtahanlarda iştiraklarının təmin edilməsi üçün şəxsiyyət vəsiqələrinin olması labüddür. Bunu nəzərə alaraq, buraxılış sinfini başa vuran Azərbaycan Respublikası vətəndaşları şəxsiyyət vəsiqələrini operativ qaydada əldə etməlidirlər.
TQDK Daxili İşlər Nazirliyinə şagirdlərin və abituriyentlərin şəxsiyyət vəsiqəsinin alınması prosesinin operativ qaydada həyata keçirilməsi üçün müraciət edəcək.Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB