Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) cari tədris ili üçün sınaq imtahanının vaxtını açıqlayıb. TQDK-dan SİA-ya verilən xəbərə görə, abituriyentlərə kömək məqsədilə təşkil oluanna sınaq imtahanlarının sonuncusu mayın 20-də keçiriləcək.
Buraxılış imtahanlarının TQDK-ya həvalə edilməsi ilə bağlı komissiyanın tədbirlər planında müəyyən dəyişikliklər edilib. Belə ki, qəbul imtahanlarına hazırlaşan abituriyentlər üçün iyunun 3-də və 10-da keçirilməsi nəzərdə tutulmuş sınaq imtahanaları hələlik təxirə salınıb və bu tarixdən sonra sınaq imtahanının keçirilməməsi qərara alınıb. Beləliklə, sonuncu sınaq mayın 20-də təşkil olunacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB