30 aprel – 4 may tarixlərində Gənclər və İdman Nazirliyi Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı ilə birgə qanvermə aksiyası keçirəcək. Nazirliyin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, hazırda respublikada talassemiya xəstəliyindən əziyyət çəkən 2000-dən artıq uşaq var.
Talassemiya xəstəliyinin müalicəsi olduqca çətin və bahalıdır. Bu xəstəliyə tutulmuş insanlar həyatları boyunca hər 3-4 həftə ərzində bir-iki dəfə qan almaq məcburiyyətindədirlər.
Məhz gerçəkləşən qanvermə aksiyasının əsas məqsədi talassemiya (hemoqlobin istehsalı zamanı yaranan zülal çatışmamazlığı) xəstəliyindən əziyyət çəkən uşaqlara diqqətin artırılması və onlara qan verən gənc donorlar vasitəsi ilə köməkliyin göstərilməsidir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB