Bakı Dövlət Universitetinin iki fakültəsinə yeni dekanlar seçilib. BDU-nun Mətbuat və informasiya şöbəsinin müdiri Pərvanə İbrahimovanın SİA-ya verdiyi xəbərə görə, nəticələrə əsasən jurnalistika, Tətbiqi-riyaziyyat və kibernetika fakültələrində dekan seçkilərinin nəticələri bəlli olub.
Onun sözlərinə görə, jurnalistika fakültəsinin dekan vəzifəsinə Mətbuat tarixi kafedrasının müdiri Şamil Vəliyev, Tətbiqi-riyaziyyat və kibernetika fakültəsinə isə AMEA-nın müxbir üzvü Məhəmməd Mehdiyev seçilib.
Əvvəlcə sənədlər akademik Vasim Məmmədəliyevin sədrliyi ilə 15 nəfərdən ibarət komissiyaya təqdim olunub. Kafedralardan daxil olan səslərə əsasən, komissiya üzvləri adıçəkilən şəxslərin dekan vəzifəsini tutmasını yekdilliklə təsdiqləyiblər.
AMEA-nın müxbir üzvü, professor Məhəmməd Mehdiyev artıq ikinici dəfədir ki, 10 kafedranın səs çoxlugu ilə Tətbiqi riyaziyyat və kibernetika fakültəsinin dekanı postunu tutur. Professor, filologiya elmləri doktoru Şamil Vəliyev isə ilk dəfədir ki, bu vəzifəyə təyin olunur.Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB