Azərbaycan Turizm İnstitutunda beynəlxalq sertifikatlı bələdçilər hazırlanıb

Azərbaycan Turizm İnstitutunda beynəlxalq sertifikatlı bələdçilər hazırlanıb

Azərbaycan Turizm İnstitutunda beynəlxalq sertifikatlı bələdçilərin hazırlanmasına başlanılıb. İnstitutun mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, ingilis dilli bələdçilərin daha da təkmilləşməsi üçün Azərbaycan Respuiblikası Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Turizm İnstitutu və Almaniyanın GİZ təşkilatının dəstəyilə 3 mərhələdə keçirilməsi planlaşdırılan təlimlərə start verilib.

Belə ki, təlimlərin ilkin mərhələsinə bu gün Azərbaycan Turizm İnstitutunda artıq başlanılıb. 1 həftə davam edəcək təlimləri Turizm Bələdçiləri Assosiasiyası Dünya Federasiyasının beynəlxalq sertifikatlı bələdçisi xanım İvana Curuvija aparır. 12 iştirakçı əsasən bələdçi fəaliyyəti ilə bağlı dünya standartları, həmçinin yeniliklərlə tanış olacaqlar. Təlimləri uğurla başa vuran iştirakçılar Turizm Bələdçilər Assosiasiyası Dünya Federasiyasının beynəlxalq sertifikatlı üzvlüyünə qəbul ediləcəklər.

Məlumat üçün bildirək ki, təlimlərin ikinci mərhələsi Bakı Turizm İnformasiya Mərkəzində 26-28 aprel tarixlərində keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə