Lisenziyasız fəaliyyət göstərən 6 aptekin fəaliyyəti dayandırılıb

Lisenziyasız fəaliyyət göstərən 6 aptekin fəaliyyəti dayandırılıb
Səhiyyə Nazirliyi Dərman Vasitələrinin Analitik Ekspertiza Mərkəzinin dərmanların keyfiyyətinə nəzarət şöbəsi 95 aptekin fəaliyyətini yoxlamalara başlayıb. Nazirliyin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, reydlar zamanı xüsusi razılıq (lisenziya) olmadan əczaçılıq fəaliyyəti ilə məşğul olan 6 aptekin fəaliyyəti dayandırılıb.

Bununla yanaşı yararlıq haqqında analiz protokolu olmadığı üçün 299 seriya 1428 qutu (bunlardan 956 qutu qeydiyyatsız dərman vasitələri), istifadə müddəti bitdiyinə görə 22 qutu dərman preparatı müsadirə edilib.
Qeyd edək ki, reydlər bu ilin birinci rübü ərzində əczaçılıq müəssisələrinin fəaliyyətini yoxlamaq məqsədi ilə təsdiq olunmuş plana, Ədliyyə Nazirliyinin sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən alınmış müvafiq çıxarışlara əsasən keçirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə