Bu gün Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə Azərbaycan Respublikasında təhsil alan əcnəbi tələbələr arasında "Azərbaycan Tarixi və Coğrafiyası" üzrə birinci respublika Olimpiadasının açılış mərasimi keçirilib. SİA-nın məlumatına görə, tədbirdə çıxış edən Gənclər və İdman Nazirliyinin Tələbə Gənclər Təşkilatları sektorunun müdiri Elşən Hüseynov çıxış edərək bildirib ki, bu gün keçirilən tədbir gəncliyin inkişafında növbəti mərhələnin təmin edilməsi məqsədilə "Azərbaycan gəncliyi 2011-2015-ci illərdə" Dövlət proqramına uyğun olaraq keçirilir. Onun sözlərinə görə, bu cür tədbirlərin keçirilməsi ilə əcnəbi tələbələrin yaddaşında Azərbaycan ömürlük həkk olunacaq".
Daha sonra çıxış edən Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının sədri Şahin Hüseynov bildirib ki, olimpiada Azərbaycanda təhsil alan tələbələrin həyatında iz qoyacaq, ölkəmizi öz vətənlərinə qayıtdıqdan sonra da yaddaşlarında saxlayacaq: \"Bəlkə də hazırda burada təhsil alan əcnəbi tələbələr vətənlərinə qayıtdıqdan sonra hər biri diplomat olacaq və Azərbaycan haqqında xoş təəssüratlarını dostları ilə paylaşacaq\".
Öz növbəsində olimpiada haqqında fikirlərini ifadə edən Azərbaycan Dövlət Neft Akademiyasının türkiyəli tələbəsi Mustafa Uğur Sadik isə Azərbaycan haqqında ən xoş sözlərini deyib və bildirib ki, Azərbaycanda özünü Türkiyə tələbələrinin timsalında əcnəbi hiss etmir.
Ardınca koreyalı tələbənin muğam ifası dinlənilib. Daha sonra isə olimpiadaya start verilib.
Xatırladaq ki, \"Əcnəbi Tələbələr Arasında 1-ci Respublika Olimpiadası\"nda 8 ölkəni təmsil edən 50 tələbə 4 qrupda yarışacaq. Tələbələr 12 təhsil müəssisəsini əhatə edir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB