Azərbaycan Mətbuat Şurasının monitorinq qrupu İctimai Palatanının aprelin 22-də keçirilən mitinqində jurnalistlərin peşə fəaliyyətlərini yerinə yetirmələrinin monitorinqini aparıb. Qurumdan SİA-ya verilən məlumata görə, MŞ-nın mətbuatla dövlət qurumları arasında problemlərin həlli Daimi Komissiyasının üzvlərinin iştirak etdikləri monitorinq zamanı media təmsilçiləri ilə bağlı hər hansı insident qeydə alınmayıb.
Qeyd edək ki, Daimi Komissiyanın tərkibinə Mətbuat Şurası ilə yanaşı, Baş Prokurorluğun, Daxili İşlər və Ədliyyə Nazirliklərinin nümayəndələri daxildirlər. Komissiya üzvlərindən ibarət qrup eyni zamanda müəyyənləşdirib ki, aksiyanı işıqlandıran jurnalistlər əksəriyyət etibarilə üzərində "PRESS" yazılmış xüsusi gödəkçələrdə olsalar da, bəzi media təmsilçiləri peşə fəaliyyətlərini yerinə yetirərkən bu geyimlərdə olmayıblar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB