TQDK sədri: \"Azərbaycanda vahid milli test modelinin tətbiqi fikri gələcəkdə irəli sürülə bilər\"

TQDK sədri: \"Azərbaycanda vahid milli test modelinin tətbiqi fikri gələcəkdə irəli sürülə bilər\"

\"Vahid milli test modelinin tətbiqi barədə nə isə fikri söyləmək üçün əvvəlcə builki mərkəzləşmiş buraxılış imtahanlarının nəticələri məlum olmalı və müzakirə edilməlidir\". SİA-nın xəbərinə görə, bunu Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə deyib. O bildirib ki, buraxılış imtahanlarını keçirərək orta məktəblərdə şagirdlərin bilik səviyyəsini, vəziyyəti öyrəndikdən sonra hansısa yeni model haqqında danışmaq olar. M.Abbaszadənin sözlərinə görə, Azərbaycanda vahid milli test modelinin tətbiqi fikri gələcəkdə irəli sürülə bilər.

"Bu il Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının yaranmasının 20 illik yubileyi qeyd olunacaq. Bu münasibətlə oktyabr ayında TQDK-nın fəaliyyətinin 20 ilinin tamam olması münasibəti böyük beynəlxalq elmi-praktik konfrans keçiriləcək. Həmin tədbirdə müəyyən məsələlərlə bağlı müzakirələr aparıla, gələcək imtahan modelləri də təqdim edilə bilər", - deyə komissiya sədri əlavə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə