Ali məktəblərə qəbul imtahanlarının vaxtı dəyişdirildi

Ali məktəblərə qəbul imtahanlarının vaxtı dəyişdirildi

\"Azərbaycanda 2012-2013-cü tədris ili üçün ali məktəblərə qəbul imtahanlarının vaxtı dəyişdirilib\". SİA-nın verdiyi xəbərə görə, bu barədə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə bu gün keçirdiyi mətbuat konfransında bildirib. Onun sözlərinə görə, ilk qəbul imtahanı iyulun 8-də III ixtisas qrupu üzrə keçiriləcək. İyulun 14-də I qrup üzrə, iyulun 20-də IV qrup üzrə, iyulun 27-də isə II ixtisas qrupu üzrə qəbul imtahanlarının aparılması nəzərdə tutulur.

Qeyd edək ki, qabiliyyət imtahanlarının keçirilmə cədvəlində də dəyişiklər ediləcək. Bununla bağlı əlavə məlumat yaxın günlərdə elan ediləcək.


Məlumat üçün bildirək ki, əvvəlki cədvələ əsasən, ali məktəblərə III ixtisas qrupu üzrə qəbul imtahanları iyulun 1-də, I ixtisas qrupu üzrə iyulun 8-də, IV ixtisas qrupu üzrə iyulun 14-də, II ixtisas qrupu üzrə imtahan isə iyulun 20-də keçirilməli idi.

Bütün xəbərlər Facebook səhifəmizdə