Mərkəzləşdirilmiş buraxılış imtahanlarına dəyişiklik edildi

Mərkəzləşdirilmiş buraxılış imtahanlarına dəyişiklik edildi

"Azərbaycanda 2012-2013-cü tədris ili üçün ümumi və tam orta təhsil səviyyələri üzrə buraxılış imtahanlarının keçirilmə qaydalarında dəyişiklik ediləcək". SİA-nın verdiyi xəbərə görə, bu barədə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə bu gün keçirdiyi mətbuat konfransında bildirib. Onun sözlərinə görə, ölkə prezidentinin aprelin 19-da verdiyi fərmanla mərkəzləşdirilmiş buraxılış imtahanlarının keçirilməsi TQDK-ya həvalə edilib: \"TQDK tərəfindən hazırlanan layihəyə əsasən, tam və orta təhsil səviyyələri üzrə buraxılış imtahanları yalnız iki fənn ana dili və riyaziyyat imtahanları üzrə keçiriləcək. 2 saat ərzində aparılacaq imtahanda hər bir fənn üzrə 30 test tapşırığı təqdim ediləcək və bu sualların cavablandırılmasına 1,5 saat vaxt ayrılacaq. Son 30 dəqiqə ərzində isə iştirakçılar təqdim edilən mövzu üzrə yazı işini yerinə yetirəcəklər\".

Bütün xəbərlər Facebook səhifəmizdə