Sabah TQDK növbəti sınaq imtahanlarını keçirəcək

Sabah TQDK növbəti sınaq imtahanlarını keçirəcək

Sabah Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) abituriyentlərin ali məktəblərə daha səmərələi hazırlaşmalarına kömək etmək üçün bu il sayca üçüncü sınaq imtahanını keçirəcək.


TQDK-nın mətbuat xidmətinin rəhbəri Elnur Nağızadənin verdiyi məlumata görə, sınaq imtahanları respublikanın müxtəlif şəhərlərində 47 binada keçiriləcək. İmtahanlarda iştirak etmək üçün 30 mindən çox abituriyent qeydiyyatdan keçib.

Bütün xəbərlər Facebook səhifəmizdə