ADU-da TEC-in illik konfransı başa çatıb

ADU-da TEC-in illik konfransı başa çatıb

Azərbaycan Dillər Universitetində (ADU) Ümummilli lider Heydər Əliyevin 89-ci ildönümünə həsr edilmiş ADU Tələbə Elmi Cəmiyyətinin illik konfransına yekun vurulub. ADU-dan SİA-ya verilən məlumata görə, bağlanış mərasimində çıxış edən ADU-nun Elmi işlər üzrə prorektoru, professor Dünyamin Yunusov tələbələrin elmlə məşğul olmağına üstünlük verdiyini və bunun da gələcək inkişafda mühüm rol oynadığını bildirib. Bölmə rəhbərlərinin hesabatları vaxtında təqdim etdiyini deyən prorektor onların işini yüksək qiymətləndirib. O, ADU-nun rektoru, millət vəkili, professor Səməd Seyidovun adından bölmə rəhbərlərinə, eləcə də tələbələrə təşəkkür edib və gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

Konfransda müxtəlif mövzularla iştirak edən tələbələrin 40 nəfəri I dərəcəli, 38 nəfəri II dərəcəli, 48 nəfəri isə III dərəcəli diplomla təltif ediliblər. Bundan əlavə, konfransda iştirakına görə, 173 nəfər tələbəyə təşəkkür elan edilib. 27 nəfər tələbə isə Tələbə Elmi Cəmiyyətinin Respublika Konfransında iştirak hüququ qazanıb.

Xatırladaq ki, aprelin 19-də başlayan ADU Tələbə Elmi Cəmiyyətinin konfransında müxtəlif mövzular üzrə 22 bölmədə iclaslar keçirilib, 1000-ə yaxın məruzə dinlənilib, həmçinin tələbələr maraqlı mövzularla çıxış ediblər.



Bütün xəbərlər Facebook səhifəmizdə