Millət vəkili: “Prezidentin ötən gün verdiyi sərəncam biliyin qiymətləndirilməsi sistemində atılan çox uğurlu addımdır”
"Son illər Azərbaycan təhsil sisteminin təkmilləşməsi istiqmaətində bir sıra mühüm və qəti addımlar atılır. Ümid edirəm ki, dünən prezident İlham Əliyevin Təhsil Nazirliyinin bir sıra səlahiyyətlərinin Tələbə Qəbulu üzrə Dövlət Komisisyasına verilməsi ilə bağlı sərəncamı Azərbaycanda təhsil sisteminin inkişafına yeni təkan verəcək". Bunu SİA-ya açqılamasında Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Gövhər Baxşəliyeva deyib. O bildirib ki, Azərbaycanda Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının yaranması irəli atılan çox böyük addımdır. Onun sözlərinə görə, bu illər ərzində test sistemi özünün doğruldub və kütləvi şəkildə əhali onun işindən razıdır.
"Tələbə qəbulu sistemində mövcud olan bütün problemlər artıq aradan qaldırılıb. İnanıram ki, dünənki sərəncam da təhsil sistemində biliyin qiymətləndirilməsi sistemində atılan çox uğurlu addımdır və nəticələrini yaxın zamanda görmək mümkün olacaq", - deyə o əlavə edib.Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB