Misir Mərdanov Təhsil Nazirliyinin səlahiyyətlərinin bir hissənin TQDK verilməsinə münasibət bildirdi

Misir Mərdanov Təhsil Nazirliyinin səlahiyyətlərinin bir hissənin TQDK verilməsinə münasibət bildirdi

Ötən gün Təhsil Nazirliyinin bir sıra səlahiyyətlərinin TQDK-ya verilməsinə ilk münasibət təhsil naziri Misir Mərdanovdan gəldi. SİA-nın verdiyi xəbərə görə, nazir jurnalistlərə açıqlamasında bildirib ki, hər birimizin borcu dövlət başçısı cənab İlham Əliyevin verdiyi sərəncamı vaxtında həyata keçirməkdir.

Bu il mərkəzləşdirilmiş buraxılış imtahanlarının Təhsil Nazirliyi və ya TQDK tərəfidən keçiriləcəyinə gəlincə isə nazir qeyd edib ki, imtahan cənab prezidentin verdiyi sərəncama əsasən təşkil oluncaq. Dərsliklərin hazırlanması məsələsindən danışan nazirin sözlərinə görə, bununla bağlı artıq hazırlıq işləri gedir və bütün məktəblilər vaxtında dərsliklərlə təmin olunacaqlar.

Bütün xəbərlər Facebook səhifəmizdə