Sumqayıt Şəhər 1 saylı Xəstəxananın yenidən qurulmasına 5 milyon manat ayrıldı

Sumqayıt Şəhər 1 saylı Xəstəxananın yenidən qurulmasına 5 milyon manat ayrıldı

Azərbaycan Prezidenti İlham Əliyev 1 saylı Sumqayıt Şəhər Xəstəxanasının yenidən qurulması ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb. SİA-nın məlumatına görə, sərəncamda qeyd olunur ki, 1 saylı Sumqayıt Şəhər Xəstəxanasının yenidən qurulması ilə bağlı əsaslı təmir işlərinə başlanılması, tibbi avadanlıq və inventarla təchiz olunması üçün Azərbaycan Respublikasının 2012-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə ilkin olaraq 5,0 (beş) milyon manat ayrılsın.

Sərəncamın 1-ci hissəsində nəzərdə tutulan məbləğdə maliyyələşmənin müəyyən olunmuş qaydada təmin edilməsi Maliyyə Nazirliyinə tapşırılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə