Təqaüddə olan elmlər doktoru və ya elmlər namizədinə səhiyyədə müəyyən güzəştlər edilə bilər

Təqaüddə olan elmlər doktoru və ya elmlər namizədinə səhiyyədə müəyyən güzəştlər edilə bilər

"Avropanın bir çox ölkələrində bir qədər yaşlı və əlillik dərəcəsi olan təqaüdçülərə dərman verilməsi və səhiyyə xidmətində güzəştlər mövcuddur. Azərbaycanda da bu qaydalar tətbiq olunsa, daha yaxşı olar". SİA-nın xəbərinə görə, bunu Azərbaycan Dövlət Tibb Universitetinin rektoru, millət vəkili Əhliman Əmraslanov "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasının hazırlanması ilə əlaqədar "Sığorta-pensiya sistemi" mövzusunda keçirilən dəyirmi masada deyib. O bildirib ki, bu təbəqədən olan vətəndaşların ümumi sayı da ödəmələr zamanı büdcə üçün problem yaratmaz.

Millət vəkili təqaüddə olan elmlər doktoru və ya elmlər namizədinə də səhiyyədə müəyyən güzətlərin edilməsi təklifi ilə çıxış edib. O bildirib ki, Azərbaycanda təqaüddə olan elmlər namizədlərinin və doktorlarının səhiyyə xidmətlərindən əlavə güzəştlərlə istifadəsi həyata keçirilə bilər: "Belə insanların sayı elə də çox deyil. Hazırda ölkədə təqaüddə olan 2 min elmlər doktoru və 8 min elmlər namizədi var və bu da həmin elm adamlarına güzəştlərin tətbiqi üçün elə də çox böyük rəqəm sayılmamalıdır. Bununla bağlı Milli Məclisin komitə iclaslarında bir neçə dəfə təkliflə çıxış etmişəm. İnanıram ki, bu müzakirələr sonda öz müsbət nəticəsini verəcək\".

Bütün xəbərlər Facebook səhifəmizdə