Sınaq imtahanının nəticələri açıqlandı

Sınaq imtahanının nəticələri açıqlandı

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) aprelin 15-də keçirilən sınaq imtahanının nəticələrini açıqlayıb. TQDK-nın mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, sınaq imtahanlarının nəticələri komissiyanın internet saytında yerləşdirilib. Abituriyentlər imtahan nəticələri barədə məlumatı mobil telefonla "İmtahancell", "Cavab" və "Imtahan-info" xidmətləri vasitəsilə də öyrənə bilərlər. İmtahanda 10 minə yaxın abituriyent iştirak edib.

Qeyd edək ki, aprelin 15-dəki imtanah aprelin 8-də keçirilən sınaq imtahanının test kitabçası əsasında keçirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə