13-18 may tarixlərində ABŞ-ın Pensilvaniya ştatının Pittsburq şəhərində Beynəlxalq Elm və Mühəndislik Sərgisi keçiriləcək. İKT İnformasiya Mərkəzindən SİA-verilən xəbərə görə, sərgidə Azərbaycan tərəfindən 23-24 fevral tarixlərində Bakı şəhərində keçirilən "Sabahın alimləri" respublika müsabiqəsinin qaliblərindən ibarət nümayəndə heyəti iştirak edəcək. Azərbaycan nümayəndə heyəti tərkibinə "Sabahın alimləri" respublika müsabiqəsinin Elmi Ekspertiza komitəsinin sədri Rövşən Xəlilov, təşkilat komitəsinin üzvü Cavanşir Məmmədov, Akademik Zərifə Əliyeva adına məktəbin direktoru Məhəbbət Vəliyeva və Sumqayıt şəhərindən olan aktiv iştirakçı-şagird müşahidəçi Elçin Həsənli də daxildir.
Sərgi çərçivəsində elm-təhsil sahəsində araşdırmalar və innovasiyalar ilə bağlı müxtəlif mövzularda görüşlər təşkil olunacaq, aparılan müzakirələrdə hər bir ölkənin təcrübəsi barədə fikir mübadiləsi aparılacaq. 2012-ci ildən etibarən Azərbaycan məktəbliləri bu tədbirin iştirakçılar siyahısına qatılıblar.Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB