Aprelin 19-21-də Azərbaycan Dillər Universitetində ümummilli lider Heydər Əliyevin anadan olmasının 89-ci ildönümünə həsr edilən Tələbə Elmi Cəmiyyətinin (TEC) ənənəvi illik konfransı keçiriləcək. ADU-nun mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, konfransın plenar iclasında universitetin rektoru, millət vəkili, professor Səməd Seyidov giriş sözü ilə çıxış edəcək. Universitetin Elmi işlər üzrə prorektoru, professor Dünyamin Yunusov isə konfransın gedişatı və strukturu haqqında məlumat verəcək. Sonra konfrans tələbələrin məruzələri ilə davam edəcək. Plenar iclasda 3 məruzə dinləniləcək. 1000-ə yaxın məruzənin daxil olduğu konfrans sonra 22 bölmədə öz işini davam etdirəcək.
TEC-in konfransı aprelin 21-də ADU-nun Heydər Əliyev adına muzey-lektoriyasında öz işini başa çatdıracaq. Xatırladaq ki, ötən il konfransa 640 məruzə təqdim edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB