Sınaq imtahanlarında yenilik

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası sınaq imtahanlarında iştirak etmək şərtləri daha da sadələşdirib. TQDK-dan SİA-ya verilən xəbərə görə, Azərbaycan Respublikasın ərazisində daimi və ya müvəqqəti yaşamaq üçün Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş İcazə vəsiqəsi ilə sınaq imtahanlarına yazılmaq mümkündür. Həmin abituriyentlər qeyd olunan sənədlə növbəti sınaq imtahanlarına yazıla biləcəklər.

Bütün xəbərlər Facebook səhifəmizdə