Abşeron Rayon Mərkəzi Xəstəxanasının yeni binası tikiləcək

Abşeron Rayon Mərkəzi Xəstəxanasının yeni binası tikiləcək
Azərbaycan prezidenti Abşeron Rayon Mərkəzi Xəstəxanasının tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb. SİA-nın məlumatına görə, sərəncamda Xırdalan şəhərində Abşeron Rayon Mərkəzi Xəstəxanasının tikintisinə başlamaq üçün Azərbaycan Respublikasının 2012-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə ilkin olaraq 3,0 milyon manat ayrılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə