Şagirdləri arasında keçirilən inşa yazı müsabiqəsinin yekun mərhələsi baş tutdu-FOTOSESSİYA
Bu gün Zərifə Əliyeva adına liseydə ulu öndər Heydər Əliyevin anadan olmasının 89-cu ildönümü münasibətilə ümumtəhsil məktəbləri və ilk peşə ixtisas təhsili müəssisələrinin şagirdləri arasında keçirilən inşa yazı müsabiqəsinin yekun mərhələsi keçirilib. SİA-nın xəbərinə görə, inşa yazı müsabiqəsi Heydər Əliyev Fondunun, Təhsil Nazirliyinin, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin təşkilatçılığı ilə baş tutub. Tədbirdə təhsil naziri Misir Mərdanov, Yeni Azərbaycan Partiyasının sədr müavini- icra katibi, millət vəkili Əli Əhmədov digər qonaqlar iştirak edib.
Təhsil naziri Misir Mərdanov deyib ki, bu ümummilli lider Heydər Əliyevlə bağlı keçirilən tədbirlər içərisində kütləviliyinə görə ən böyük tədbirdir. Onun sözlərinə görə, respublikanın 100 minlərlə şagirdləri hər il mərhələlərlə bu müsabiqədə iştirak edirlər: "Bu gün keçirilən respublika mərhələsinə ümumilikdə 114 şagird qatılıb. Onlar bugün Heydər Əliyevlə bağlı öz fikirlərini yazıya köçürəcəklər. Altıncı ildir ki, keçirilən inşa müsabiqəsində ölkənin bütün bölgələri təmsil olunur. Müsabiqədə həmçinin Təhsil Nazirliyinin nəzdindəki lisey və gimnaziyaların şagirdləri iştirak edirlər. Əvvəlki illərdə olduğu kimi bu yazılar münsiflər heyəti tərəfindən qiymətləndiriləcək. Respublika mərhələsinin iştirakçıları arasından qaliblər seçilərək I, II, III və həvəsləndrici yerlərə layiq görüləcəklər".
Qeyd edək ki, mayın 7-də Gülüstan sarayında qaliblərin təltifetmə mərasimi keçiriləcək. Bu tədbirdə müsabiqə qaliblərinin inşa yazıları kitab şəklində çap olunacaq və onlar qiymətli hədiyyələrlə təltif ediləcəklər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB