\"Eurovision-2012” mahnı müsabiqəsi ilə əlaqədar orta məktəblərdə dərslər dayandırılacaqmı?

\"Eurovision-2012” mahnı müsabiqəsi ilə əlaqədar orta məktəblərdə dərslər dayandırılacaqmı?

"Eurovision-2012" mahnı müsabiqəsi ilə əlaqədar orta məktəblərdə dərslərin dayandırılması məsələsi hələ ki müzakirəyə çıxarılmayıb. SİA-nın xəbərinə görə, bunu təhsil naziri Misir Mərdanov jurnalistlərə verdiyi açıqlamasında qeyd edib. O bildirib ki, bu günə olan məlumata görə, hələ ki belə bir şeyi gözlənilmir. "İnanırıq ki, dərslərin bu mahnı müsabiqəsi ilə dayandırılması zərurəti olmaz. Çünki yarışma Bakının müəyyən hissəsində keçiriləcək və o vaxta qədər artıq dərslər başa çatmaq ərəfəsində olacaq. Düşünmürəm ki, \"Eurovision\" mahnı müsabiqəsi ilə əlaqədar məktəblərin dayandırılmasına zərurət yaransın",- deyə M.Mərdanov qeyd edib.

Bütün xəbərlər Facebook səhifəmizdə