6 yeni orta məktəb tikiləcək

Daşkəsən rayonunda bu il 6 tədris ocağı yenidən qurulacaq. SİA-nın bölgə müxbirinin məlumatına görə, əsasən kənd məktəblərinin yenilənməsi istiqamətində aparılacaq işlərə start verilib. Rayonun Bayan kəndində uzun illərdən sonra ən müasir standartlara cavab verən tədris müəssisəsi tikilir. 80 nəfərlik şagirdin təhsil alacağı məktəbin oturacaqları və lövhələr Türkiyədən sifariş olunub.

Qeyd edək ki, təmir istiqamətində aparılan işlərin gedişini rayon icra hakimiyyəti başçısı Əhəd Abıyev də izləyib.

Məlumat üçün bildirək ki, nazirlər kabineti tərəfindən təmir üçün siyahıya salınan 6 kənd orta məktəb tikintisinin yeni dərs ilinin başlanmasına kimi yekunlaşdırılması planlaşdırılır.


İlham Məmmədov

Bütün xəbərlər Facebook səhifəmizdə