Ali məktəblərə imtahansız qəbul olunacaq abituriyentlərin sənəd qəbulu başladı

Ali məktəblərə imtahansız qəbul olunacaq abituriyentlərin sənəd qəbulu başladı

Bu gündən etibarən dünya fənn olimpiadalarının, yüksək səviyyəli beynəlxalq müsabiqələrin və yarışların qaliblərinin sənəd qəbulu başlayır. Tələbə Qəbulu üzrə Dövlət Komisisyasından SİA-ya verilən xəbərə görə, "Təhsil haqqında" Azərbaycan Respublikası Qanununun 26.5-ci maddəsinə əsasən, dünya fənn olimpiadalarının, yüksək səviyyəli beynəlxalq müsabiqələrin və yarışların qalibləri müvafiq ixtisaslar üzrə ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbul olunurlar.

Bu kateqoriyadan olan abituriyentlər müvafiq sənədlərini mayın 18-dək Tələbə Qəbulu üzrə Dövlət Komissiyasına və ya TQDK-nın regional bölməsinə Naxçıvan, Gəncə, Quba, Lənkəran, Şəki təqdim etməlidirlər. Müvafiq sənədlərə ümumi qaydada müvafiq SQK-da təsdiq olunmuş "Abituriyent ərizəsi" formasının surəti və müvafiq nailiyyətləri təsdiq edən sənədlərin surətini - diplom və fərdi proqram üzrə iştirakçı ölkələrin sayı göstərilən protokol daxildir.

Bütün xəbərlər Facebook səhifəmizdə