Bərdədə intellektual bilik festivalı keçirilib. SİA-nın Qarabağ bürosunun verdiyi xəbərə görə, Aran Humanitar Yardım Təşkilatının xətti ilə keçirilən intellektual bilik yarışında 5 rayon mərkəzindən kənarda ucqar kənd yerlərində təhsil alan şagirdlər yarışıb. Əsas suallar səhiyyə sahəsinə aid olub.
Festivalın keçirilməsində əsas məqsəd kənd uşaqları arasında elmə, biliyə və intellektual oyunlara olan marağı artırmaq və eləcə də kənd yerlərində yaxşı olmayan tibbi bilikləri təbliğ etməkdən ibarət olub.
Qeyd edək ki, sonda qaliblərə hədiyyələr və festivalın diplomları təqdim edilib.
Şamxal Cəliloğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB