Risk qrupuna aid əhali üçün pulsuz təlimlər keçirilir

Risk qrupuna aid əhali üçün pulsuz təlimlər keçirilir

Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) və Azərbaycan Diabet Cəmiyyətinin birgə "Diabet Məktəblərinin təşkili" layihəsi çərçivəsində risk qrupuna aid əhali üçün pulsuz təlimlər keçirilir. Təlimlər İSİM-də fəaliyyət göstərən diabet məktəbində 16-20 aprel tarixlərində şəkərli diabet xəstələri üçün və 23-27 aprel tarixlərində təşkil olunacaq.

Həkim-endokrinoloq tərəfindən aparılan təlimlər zamanı iştirakçılara şəkərli diabetlə bağlı biliklər aşılanır, maarifləndirici materiallar paylanır. Arzu edənlər aşağıdakı ünvana müraciət edə bilərlər! Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi Bakı ş., H.Zərdabi küç., 96 (20 Yanvar Metrosu, keçmiş Ailə və Sağlamlıq Mərkəzinin binası) Əlaqə tel.:

(012) 430-1028 (012) 431-6261 (012) 496-9235

Bütün xəbərlər Facebook səhifəmizdə