ADU rektoru \"Erasmus Mundus\" proqramında iştirak edən tələbələrlə görüşüb - FOTO
Azərbaycan Dillər Universitetinin rektoru, millət vəkili, professor Səməd Seyidov rəhbərlik etdiyi universitetin yerli koordinatoru olduğu "Erasmus Mundus" mübadilə proqramı çərçivəsində "Alrakis" layihəsinin tələbə mobilliyində iştirak edən tələbələrlə görüşüb.
ADU-nun mətbuat xidmətindən SİA-ya verilnə məlumat görə, ADU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru, professor, əməkdar müəllim Jalə Qəribova görüşün məqsədinin proqramın tələbə mobilliyinə müraciət edən tələbələrlə görüşmək və proqramın yerli koordinatorluğunun rəhbəri ilə tanışlıq xarakteri daşıdığını bildirib. Rəhbərlik etdiyi ali təhsil ocağının bir sıra beynəlxalq təhsil proqramlarında aktiv iştirak etdiyini deyən ADU-nun rektoru Səməd Seyidov Azərbaycanda fəaliyyət göstərən müxtəlif ali təhsil müəssisələrinin tələbələrinin "Erasmus Mundus" proqramında iştirak etmək niyyətinin sevindirici hal olduğunu qeyd edib. Bəzi çatışmayan cəhətlərin olduğunu bildirən S. Seyidov qonşu ölkələr olan Gürcüstan və Ermənistandan daha çox tələbənin bu proqramda iştirak etdiyini vurğulayıb. Gürcüstanın bu proqrama 138 nəfərlə qatıldığına toxunan rektor Ermənistanda bu göstəricinin 90, Azərbaycandan isə 70 tələbənin olduğunu söyləyib. O, Cənubi Qafqazda Azərbaycanın iqtisadi və digər parametrlərə görə, qonşu ölkələrdən öndə olduğunu bildirib. ADU-nun rektoru Azərbaycanın iştirak göstəricisinin rəqəmlərdə də yüksək şəkildə əks olunmalı olduğunu vurğuladı. O, iştirak səviyyəsinin aşağı olmasını ölkəmizin \"Erasmus Mundus\" proqramına daha gec qoşulması ilə əlaqələndirib. S. Seyidov universitet olaraq ötən ildən bu proqramda iştirak etdiklərini tələbələrin diqqətinə çatdırıb. Növbəti illərdə ölkəmizin sözügedən proqrama daha çox iştirakçı ilə qatılacağına əminliyini ifadə edən rektor göstəricinin yalnız kəmiyyətdə deyil, keyfiyyətdə də əks olunacağına ümidvar olduğunu bildirib. Proqramda Azərbaycan gənclərinin iştirakını müsbət xarakterizə edən S. Seyidov gələcəkdə onların növbəti iştirakçılara dəstək verəcəyini söyləyib. O, fərdi uğurları kollektiv qabiliyyətə çevirməyin zəruriliyini önə çəkib. Rektor "Erasmus Mundus" proqramının gənclərə Avropanın aparıcı universitetlərində təhsil imkanları yaratdığını nəzərə çatdırıb. ADU-nun rektoru tələbələrlə görüşündə ölkəmizin Avropa məkanına sürətlə inteqrasiya etdiyinə də toxunub. "Bu özünü xüsusilə təhsil sahəsində göstərir"- deyə S. Seyidov vurğulayıb. Rektor proqramın gənclər üçün daim inkişaf meylləri yaratdığını və onlara bu imkanlardan bəhrələnməyi tövsiyə edib. S. Seyidov bildirib ki, "Erasmus Mundus" proqramının digər proqramlardan üstünlüyü adıçəkilən proqramda tələbələr üçün geniş təhsil imkanlarının mövcud olmasıdır.
ADU rəhbəri həmçinin tələbələrin yüksək ixtisaslı mütəxəssis kimi yetişərək ölkəmizin inkişafına töhfələr verəcəyinə əmin olduğunu vurğulayıb.
Proqrama qatılan gənclərə uğurlar arzulayan rektor onlarla yaxından tanış olub.
Qeyd edək ki, proqramda Azərbaycan Dillər Universitetinin (ADU), Bakı Dövlət Universitetinin (BDU), Bakı Slavyan Universitetinin (BSU), Azərbaycan Dövlət İqtisad Universitetinin (ADİU), Naxçıvan Dövlət Universitetinin (NDU), Xəzər Universitetinin, Qərb Universitetinin və Qafqaz Universitetinin, eləcə də Azərbaycan Turizm İnstitunun, Kənd Təsərrüfatı Tədqiqat İnstitutunun, Genetik Ehtiyatlar İnstutunun tələbələri iştirak edib.
Xatırladaq ki, Azərbaycan Dillər Universiteti bu ilə seçilmiş Erasmus Mundus Xarici Əməkdaşlıq Pəncərəsi (EMXƏP) proqramının 204524-EM-1-2011-1-DE-ERA MUNDUS-EMA2-L07 saylı layihəsi çərçivəsində ALRAKİS konsorsiumunun tərəfdaşıdır və Azərbaycanı bu layihədə təmsil edəcək. Azərbaycan təhsil sistemində ilk dəfə olaraq ADU proqramda iştirak edən yerli və Avropa universitetlərinə koordinatorluq edəcək. Layihədə tələbələrin, doktorantların və işçi heyətin qısamüddətli və uzunmüddətli formalar çərçivəsində mübadiləsi nəzərdə tutulub. Akademik mobillik 2012-ci ilin avqustunda, inzibati işçilərin səfərləri isə bu haqda elan nəşr olunduqdan sonra başlayacaq. Hədəf ölkələr Azərbaycan, Gürcüstan və Ermənistan olmaqla Cənubi Qafqaz ölkələridir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB