Kafedra müdiri: ATİ turizm sənayesində çalışanlarla iş birliyində maraqlıdır - MÖVQE

Kafedra müdiri: ATİ turizm sənayesində çalışanlarla iş birliyində maraqlıdır - MÖVQE

"Ölkə iqtisadiyyatının dinamik inkişafında önəmli rol oynayan turizm sənayesi təhsil və təcrübənin qarşılıqlı əlaqədə olmasını günün tələbinə çevirib. Təsadüfi deyil ki, Azərbaycan Turizm İnstitutu yarandığı gündən ali təhsil ocağının tələbə kontingentinin Azərbaycanda, eyni zamanda xarici ölkələrin nüfuzlu turizm müəssisələrində təcrübə qazanmalarına xüsusi diqqət verir". Bunu SİA-ya açıqlamasında ATİ-nin kafedra müdiri Bahadur Bilalov deyib.

O bildirib ki, institutun tələbələri həm ölkə içi, həm də xaricdə 5 aylıq istehsalat təcrübəsinə göndərilir. Vaxtaşırı nüfuzlu turizm müəssisələrinin rəhbər işçiləri ilə görüşlərin təşkil olunduğunu deyən kafedra müdirinin sözlərinə görə, seminar – təqdimat formatında keçən tədbirlərdə ixtisas profilinə uyğun tələbələr mühazirələr dinləyir, müəyyən otellərin iş prinsipləri ilə yaxından tanış olurlar.

"Bu baxımdan Azərbayacn Turizm İnstitutu ilə Azərbaycan Turizm Assosiasiyasının əməkdaşlığı çox faydalıdır. Bugünlərdə Azərbaycan Turizm Assosiasiyası ilə ATİ-nin birlikdə keçirdiyi tədbirdə "C" otellər qrupunun baş meneceri cənab Serhat Baş, Gilan Turizm şirkətinin baş direktoru Halil Duru tələbələr qarşısında məruzələr edib, iş təcrübələrindən, oteldə çalışanların davranış qaydalarından söhbət açıb, iştirakçıların çoxsaylı suallarını cavablandırıblar. Bu sıradan təqdimat-seminarların keçirilməsi qərara alınıb", - deyə o əlavə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə