Qaliblərin nəzərinə!!!

Dünya fənn olimpiadalarının, yüksək səviyyəli beynəlxalq müsabiqələrin və yarışların qaliblərinin müvafiq ixtisaslar üzrə ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbulu başlayır. TQDK-dan SİA-ya verilən xəbərə görə, bu kateqoriyadan olan abituriyentlər 16 aprel – 18 may 2012-ci il tarixlərdə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasına və ya TQDK-nın regional bölməsinə (Naxçıvan, Gəncə, Quba, Lənkəran, Şəki) təqdim etməlidirlər.

Onlar müsabiqədənkənar daxil olmaq üçün ümumi qaydada müvafiq SQK-da təsdiq olunmuş "Abituriyent ərizəsi" formasının surəti, həmçinin müvafiq nailiyyətləri təsdiq edən sənədlərin surətini - diplom və fərdi proqram üzrə iştirakçı ölkələrin sayı göstərilən protokolu müvafiq ünvanlara gətirməlidir

Bütün xəbərlər Facebook səhifəmizdə